İsrailin müdafiə naziri “Barselona”nın çempionluq paradında Fələstin bayrağı tutduğuna görə Yamalı tənqid edib. İsrael Katz buna klubun biganə qalmayacağına da ümid etdiyini açıqlayıb.

“Lamin Yamal İsrailə qarşı çıxış etməklə 2023-cü ilin oktyabrında kütləvi qətl, təcavüz və yəhudi uşaqlarını, qadınlarını və yaşlılarını yandıran HƏMAS terror təşkilatına dəstəyi seçdi. Bu cür hərəkətləri dəstəkləyənlər özlərinə sual verməlidirlər: siz bunu insani hesab edirsinizmi? Bu, mənəviyyata sığırmı?

İsrail müdafiə naziri olaraq, mən ölkəmizə və yəhudi xalqına qarşı təhriklərə qarşı susmayacağam. Ümid edirəm ki, “Barselona” kimi böyük və hörmətli bir klub belə şeylərdən uzaqlaşacaq və terrorizmi təhrik etməyə və ya dəstəkləməyə qarşı dözümsüzlüyünü açıq və birmənalı şəkildə bəyan edəcək”, – deyə Katz öz şəxsi hesabında ispan dilində yazıb.

Shares: