Misli Premyer Liqasının 32-ci turunda “Zirə”nin qonağı olacaq “Sumqayıt” tilsimi qırmağa çalışacaq.

Futbolinfo.az saytının məlumatına görə, “kimyaçılar”ın “qartallar” önündə 6 illik uğursuz seriyası var. Belə ki, “Sumqayıt” “Zirə”ni axırıncı dəfə 2020-ci ilin oktyabrında məğlub etməyi bacarıb. Həmin vaxtdan bəri çempionatda baş tutan 21 oyunun 14-də qələbə qazanan bakılılar 7 dəfə rəqibinə 1 xal verib. Tərəflərin son 6 duelində isə bir qayda olaraq qəsəbə komandası qalib gəlib.

“Sumqayıt” 2015-ci ildən başlanan rəqabət çərçivəsində “Zirə”yə səfərdə cəmi 1 dəfə qalib gəlməyib bacarıb. Bu isə 10 il əvvələ – 2016-cı ilə təsadüf edib.

Komandalar 21-ci dəfə Zirədə üz-üzə gələcəklər. Aktivində cəmi 1 səfər qalibiyyəti olan “gənclik şəhəri” təmsilçisi 6 bərabərliklə kifayətlənib və 13 dəfə meydanı məğlub tərk edib.

Qeyd edək ki, mayın 17-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Shares: