İtaliyada keçirilən tennis üzrə “Masters” turnirində yarımfinal cütlükləri məlum olub.
Kişilərin yarışında finala çıxmaq uğrunda Yannik Sinnerlə Daniil Medvedev, Luçano Darderi ilə Kasper Ruud mübarizə aparacaq.
Sinner bu mərhələyə qədər keçirdiyi oyunlarda bir set belə uduzmayıb. Keçən il turnirin qalibi olan Karlos Alkaras isə zədə səbəbilə oynaya bilmir.
Qadınların yarışında isə finalçılar məlumdur. Romada çempionluq oyununda Elina Svitolina ilə Koko Qauf qarşılaşacaq.
Roma turnirinin ümumi mükafat fondu 8 milyon avrodan çoxdur.






