İngiltərə Premyer Liqasına son vəsiqənin taleyi müəmmalı qalır.

Xatırladaq ki, yarımfinal oyunlarından sonra Acun İlicalının sahibi olduğu “Hall Siti” ilə “Sauthempton” finala çıxıb. Lakin Sauthemptonu təmsil edən komandaya qarşı ittihamlar yaranıb. Mediada yayılan şəkillərdə komandanın işçisi yarımfinal oyunundan əvvəl rəqibi “Midlsbro”nun düşərgəsinə daxil olaraq məşqləri izləyib. Bu da qanunla yolverilməzdir.

“Müstəqil İntizam Komitəsinin dinləməsi mayın 19-dan gec olmayaraq keçiriləcək. Dəqiq tarix hazırda müzakirə olunur və tezliklə təsdiqlənməsi gözlənilir. Komitə müvafiq materialları və sübutları nəzərdən keçirdikdən sonra qərarını ən qısa zamanda verəcək.

Dinləmə Müstəqil İntizam Komitəsi tərəfindən aparıldığı üçün EFL təklif olunan cədvəl üzərində nəzarətə malik deyil. Bununla belə, EFL çempionatın pley-off finalının planlaşdırıldığı kimi mayın 23-ü şənbə günü keçiriləcəyinə ümid edir.

EFL ehtiyat plan kimi, zəruri hallarda qərardan apelyasiya şikayəti vermək imkanını da nəzərdən keçirə bilər”, – deyə EFL-in açıqlamasında bildirilir.

Qeyd etmək lazımdır ki, “Sautempton”un pley-offdan tamamilə kənarlaşdırılması və Premyer Liqaya yüksəlməsindən məhrum edilməsi ehtimalı var. Belədə “Hall Siti” final oynamadan bu hüquqa yiyələnəcək.

be760114 eb49 44b9 80af 83860a4c4724 1 - Futbolinfo.az
Shares: