1-ci liqada 26-cı tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, lider “Şəfa” “Cəbrayıl”ı qəbul edib.
Görüşdə “Şəfa” qələbə qazanıb. 2-ci yerdəki “Səbail” “Şahdağ Qusar”la heç-heçə edib.
Beləliklə, “Şəfa” sona 1 tur qalmış ən yaxın izləyicisi “Səbail”i qabaqlayıb və çempionluğunu rəsmiləşdirib. Bununla da komanda Misli Premyer Liqasına vəsiqə qazanıb.
1-ci liqa
26-cı tur
14 may
“Şimal” – “Difai” 0:1
Qol: Vorren Lloyd Ondo, 80.
“Mingəçevir” – MOİK 3:1
Qollar: Fuad Bayramov, 17. Abba Usman, 42. Kennet Kalunqa, 45+3 – Kvame Akuqe, 67.
“Səbail” – “Şahdağ Qusar” 0:0
“Baku Sportinq” – “Zaqatala” 3:0
Qollar: Ceyhun Muxtarlı, 62. İlkin Muradov, 66. Xəlil Bəşirov, 77.
“Şəfa” – “Cəbrayıl” 1:0
Qol: Emin Zamanov, 4.






