Səudiyyə Ərəbistanının suveren fondu (PIF) 2026-cı il Dünya Çempionatının rəsmi tərəfdaşı olub. Bu barədə AP məlumat yayıb.
Krallığın suveren fondu idmanın prioritet sektor və futbolun Səudiyyə Ərəbistanının davam edən transformasiyası üçün vacib olduğunu qeyd edib.
Şimali Amerika və Asiyanı əhatə edən müqavilənin dəyəri açıqlanmayıb.
Neftlə zəngin ölkə 2034-cü il Dünya Çempionatına ev sahibliyi etmək hüququnu qazanıb. Bundan əlavə PIF keçən il Klublararası Dünya Kubokunun kommersiya tərəfdaşı olub.
PIF-ə məxsus “SURJ Sports Investment” həmçinin Klublararası Dünya Kuboku oyunlarını yayımlayan onlayn yayımçı DAZN-də paya malikdir. FIFA-nın hesabatlarına görə, televiziya hüquqları təşkilatın 2025-ci ildə illik gəlirinin əsas payını təşkil edib və 1 milyard dolları keçib.
Ölkə neftdən asılılığından uzaqlaşmağa və digər gəlir gətirən sektorları araşdırmağa çalışdığı üçün futbol Səudiyyə Ərəbistanının beynəlxalq idmanda əsas diqqət mərkəzində olan növlərdən biridir.






