İran Dünya Çempionatı üçün ev formasını təqdim edib.
Komandanın nominal ev sahibi olduğu oyunlarda geyinəcəyi forma mundiala yolasalma mərasimində təqdim edilib. Bu forma 2022-ci il Dünya Çempionatında geyinilənə bənzəyir, lakin əsas fərqləndirici xüsusiyyəti qarın üzərində Asiya hepardının təsviridir. “Footy Headlines”in verdiyi məlumata görə, bununla dizaynerlər diqqəti nəsli kəsilməkdə olan növlərə yönəltmək niyyətində olublar.
Forma yerli idman geyimləri istehsalçısı olan “Məcid” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Onu da əlavə edək ki, İranın mundialda iştirakı tam həll edilməyib. Komandanın futbolçularına indiyədək ABŞ vizası verilməyib.






