“Fulham”ın meneceri Marko Silvanın “Benfika”ya baş məşqçi təyin ediləcəyi ehtimal olunur.

“Lissabon Eagles”in verdiyi məlumata görə, 48 yaşlı portuqaliyalı mütəxəssislə danışıqlar son mərhələdədir.

“Benfika”nın gələn həftə yeni baş məşqçini açıqlayacağı gözlənilir. Həmin vaxt Madrid “Real”ı da hazırda Lissabon klubuna rəhbərlik edən Joze Mourinyonu təqdim edəcək.

Silvanın rəhbərliyi altında “Fulhem” Premyer Liqada sona iki tur qalmış  11-ci yerdədir.

Shares: