İngiltərə kubokunda 2025/2026 mövsümünün final oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Çelsi” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.

Matç “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Antuan Semenyo 72-ci dəqiqədə vurub. Bununla da “Mançester Siti” mövsümü kubokun qalibi kimi başa vurub.

Bu, “Mançester Siti” üçün Qvardiola ilə İngiltərə kubokunda əldə edilən üçüncü zəfərdir. Ümumilikdə isə ispaniyalı mütəxəssis klubu çalışdırdığı 10 il ərzində 20 kubok qazanmağa müvəffəq olub.

“Mançester Siti” səkkizinci dəfə yarışın qalibi olaraq, ən çox titul qazanan komandalar arasında “Çelsi”, “Liverpul” və “Tottenhem”lə eyni səviyyədə üçüncü yerə yüksəlib. İngiltərə Kubokunu ən çox “Arsenal” (14) və “Mançester Yunayted” (13) qazanıblar.

Bu, “Mançester Siti”nin ardıcıl dördüncü finalıdır.

Shares: