Almaniya Bundesliqasında 2025/26 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu turun oyunları eyni gündə keçirilib.
“Bayer” – “Hamburq” və “Ayntraxt” – “Ştutqart” görüşlərində isə qalib müəyyənləşməyib. Çempion “Bayern” evdə “Köln”ə, Mönhenqladbax “Borussiya”sı “Hoffenhaym”a, “Frayburq” “Leypsiq”ə, “Union Berlin” isə “Auqsburq”a böyük hesabla qalib gəlib. “Haydenhaym” evdə “Maynts”a, “Sankt Pauli” “Volfsburq”a, “Verder” Dortmund “Borussiya”sına uduzub.
Beləliklə, “Bayern” 89 xalla birinci olub. Dortmund “Borussiya”sı 73 xalla gümüş, “Leypsiq” 65 xalla bürünc medal qazanıb. Bu üç komanda ilə birgə, 62 xal toplamış “Ştutqart” da növbəti mövsümdə Almaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Ştutqart” (61) və “Bayer” (59) Avropa Liqasında, “Frayburq” (47) Konfrans Liqasında çıxış edəcək. 26 xal toplamış “Haydenhaym”la “Sankt Pauli” Bundesliqanı tərk ediblər. “Volfsburq”u (29) isə pley-off görüşləri gözləyir.
Almaniya Bundesliqası
34-cü tur
16 may
Borussiya (Mönhenqladbax) – Hoffenhaym 4:0
Qollar: Bolin, 14. Tabakoviç, 23. Diks, 81. Hak, 90+1.
Bayer – Hamburq 1:1
Qollar: Kuansa, 78 – F.Vieyra, 61.
Bayern – Köln 5:1
Qollar: H.Keyn, 10; 13; 69. Bişof, 22. N.Cekson, 83 – El Mala, 18.
Ayntraxt – Ştutqart 2:2
Qollar: Burkardt, 72-pen; 90+2-pen – Andres, 10. Nartey, 45+4.
Frayburq – Leypsiq 4:1
Qollar: Beste, 24. Matanoviç, 26. Ginter, 47. Şerhant, 75 – Uedraqao, 33.
Haydenhaym – Maynts 0:2
Qollar: Tiets, 7. Amiri, 43.
Sankt Pauli – Volfsburq 1:3
Qollar: Sisey, 57 – Kulyerakis, 37. Vasili, 64-öz qapısına. Peyçinoviç, 80.
Union Berlin – Auqsburq 4:0
Qollar: İliç, 10; 42. Şafer, 54. Yonq, 89.
Verder – Borussiya (Dortmund) 0:2
Qollar: Girassi, 59. Kouto, 90+5.





