Bugünkü matçların nəticəsindən asılı olmayaraq, “Neftçi” turu 4-cü pillədə başa vuracaq. “Zirə” məğlub olsa və ya flaqman qalib gəlsə, Konfrans Liqasına son vəsiqənin də sahibi bəlli olacaq. Amma avrokuboka vəsiqənin iddiaçılarının 32-ci turdakı rəqiblərini nəzərə alsaq, hər şeyin son gəftəyə qalmaq ehtimalı böyükdür.
“Qarabağ” isə işi riskə atmadı. Ağdamlılar dünən “İmişli”ni darmadağın edərək Avropa Liqasına vəsiqəni rəsmiləşdirdi. Eks-çempion son ev oyununda istədiyi nəticəni qazanıb son turu formallığa çevirdi. Bu nəticə Jorj Kaşkilyanın yetirmələrinin də yerini müəyyənləşdirdi. Gələn həftə baş tutacaq matçın nəticəsindən asılı olmayaraq, debütant mövsümü 9-cu pillədə bitirəcək.
“Şamaxı”nın da yeri bəllidir. Ayxan Abbasov bölgə komandasının baş məşqçisi kimi son ev oyununda keçmiş komandasını məyus etdi. “Qarabağ”ı ötmək imkanı qalmayan “Turan Tovuz” Konfrans Liqasına vəsiqəni təmin etdikdən sonra bu matça nisbətən arxayın çıxmışdı. Meydan sahibləri vəziyyəti düzgün qiymətləndirərək fasiləyədək ciddi üstünlük qazandı.
Qərblilər fasilədən sonra ayılıb ardıcıl iki qolla hesabı bərabərləşdirdi. Amma “Şamaxı” oyundan qopmadı və yenidən hesabda önə çıxmağı bacardı. Bu nəticə “şirlər”n mövsümü 8-ci pillədə başa vuracağını rəsmiləşdirdi. Tovuzlularsa son 3 oyunda ikinci məğlubiyyətini alsa da, ardıcıl 0 turdur qol vurmaları qeyd olunmalıdır.
Mövsümün bitiminə 8 oyun qalarkən yalnız 4-7-ci yerlərin sahibləri bəlli deyil. “Neftçi” ilə “Zirə”nin 4-cü pillə uğrunda mübarizə apardığı bir vaxtda “Sumqayıt”la “Araz-Naxçıvan” da heç olmasa, 6-cı yeri tutmaq üçün qiyabi mübarizə aparır.
FƏRİD






