İspaniya Sequndasında 40-cı turun oyunları başa çatıb. Dünənki matçlardan sonra “Rasinq”in həsrəti bitib.

Sözügedən komanda doğma meydanda “Valyadolid”i 4:1 hesabı ilə məğlub edərək 14 ildən sonra La Liqaya vəsiqəni rəsmiləşdirib.

40 turdan sonra hesabında 78 xal olan “Rasinq” turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyiciləri “Deportivo” və “Almeriya”nı 7 xal qabaqlayır. “Deportivo”nun ehtiyatda bir oyunu olsa da, mövsümün sonuna iki tur qaldığından santanderlilər ilk iki pillədən aşağı düşməyəcək və növbəti mövsüm La Liqada çıxış edəcək.

Shares: