Danimarka kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, finalında “Midtyulland” “Kopenhagen”lə qarşılaşıb.

Görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək kuboku qazanıblar.

Matçın yeganə və qələbə qolunu 81-ci dəqiqədə Li Han-Bom vurub.

Bu, “Midtyulland”ın tarixində 3-cü kubokdur. Sözügedən komanda həmçinin turnirin finalında 4 dəfə məğlub olub.

Shares: