“Düşünürəm ki, “Bakılı balasıyam” mahnısını seçməli idim. Çünki hər kəs məni bu mahnı ilə tanıyır. Ona görə də həmin mahnını seçmək qərarına gəldim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mickels deyib.

Mükafatlandırma mərasiminə məşhur mahnının sədaları altında çıxan forvard mövsümü dəyərləndirərək qazandıqları uğurlardan da danışıb: “Həqiqətən möhtəşəm hisslər keçiririk. Çünki bu il iki titul qazandıq. Həm kuboku əldə etdik, həm də çempion olduq. Keçən mövsüm yalnız kuboku qazanmışdıqsa, bu il iki titulun sahibi olduq. Bu, inanılmaz duyğudur. Çalışacağıq ki, gələcəkdə daha böyük uğurlar qazanaq və əlimizdən gələnin ən yaxşısını edək. Amma indi bu anın dadını çıxarmaq istəyirik. “Sabah” azarkeşlərinə demək istəyirəm ki, bütün bunlar sizlər üçündür”.

GÜNAY SÜLEYMANOVA

Shares: