“Şamaxı”nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.
Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, David Santos “Sabah”a uduzduqları Premyer Liqanın 30-cu turunun oyununda (0:3) zədələnmişdi.






