“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatını buraxacaq. O, İspaniya La Liqasının 37-ci turunda “Betis”ə qarşı (3:1) oyunda aldığı zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək.
“Blaugrana”nın mətbuat xidməti bu barədə komandanın rəsmi saytında məlumat yayıb. Açıqlamaya görə, Lopesin sağ ayağındakı beşinci metatarsal sümüyü sınıb. Onun əməliyyat olunacağı bildirilir.
Daha əvvəl İspaniya mediası müdafiəçi Dani Karvaxal və hücumçu Alvaro Moratanın da turniri buraxacağı barədə məlumat vermişdi. İspaniya millisinin yekun heyəti mayın 25-də açıqlanacaq.






