2-ci liqada çempion müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sonuncu, 27-ci tura bu gün keçirilən 3 oyunla yekun vurulub.

Lider “Xankəndi” “Şəmkir”ə 1:0 hesablı qalib gələrək çempionluğu rəsmiləşdirib. Zaur Hacıyevin komandası növbəti mövsümdə 1-ci liqada mübarizə aparacaq.

2-ci yerdəki “Qaradağ Lökbatan” isə “Şirvan”a məğlub olsa da, gümüş medal qazanıb. “Quba” da üçüncü yerlə kifayətlənib.

2-ci Liqa
27-ci tur
18 may

Şirvan – Qaradağ Lökbatan 2:2
Qollar: E.Xəlilov, 23; 75 – İ.Əliyev, 31. A.Mikayılov, 90+5-pen.

Şəmkir – Xankəndi 0:1
Qol: E.Nəsibov, 4.

Quba – Dinamo 3:1
Qollar: B.Köçərli, 47. V.Cəfərov, 77; 86 – Y.Qarayev, 65.

Shares: