Azər Bağırovun “Kəpəz”dən ayrılacağı dəqiqdir. Gəncə klubunun baş məşqçisi bir müddət öncə komandada qalacağını desə də, sonradan fikrini dəyişib.

Futbolinfo.az xəbər verir ki, Bağırov millinin baş məşqçisi Ayxan Abbasovla yolunu ayıracaq “Şamaxı” ilə razılığa gəlib. Azər bəy artıq komanda ilə sağollaşıb və futbolçular da onun Misli Premyer Liqasının son turu bitən kimi işindən ayrılacağını bilir. Məhz bundan sonra “Şamaxı” ilə müqavilə rəsmən bağlanıb açıqlanacaq.

Ötən həftəyə kimi “Şamaxı”nın baş məşqçisi postuna digər əsas namizəd Şahin Diniyev idi. Lakin təcrübəli çalışdırıcı klub rəhbərliyi ilə danışıqlardan sonra təklifdən imtina edib. O, ayrılan büdcənin uğur qazanmaq üçün kifayət etmədiyini əsas gətirərək kənara çəkilib.

1741630263 azer - Futbolinfo.az
Shares: