Misli Premyer Liqasında mövsümü bürünc medallarla başa vurmağı təmin edən “Turan Tovuz” növbəti mövsüm UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Futbolinfo.az saytının məlumatına görə, Tovuz təmsilçisinin ilk potensial rəqibləri də artıq məlumdur.
Bu raundun 88 iştirakçısından 35-ci bilinir. Onlardan 15-i “Turan Tovuz”un mümkün rəqibləridir. Həmin komandalar bunlardır: “Panatinaikos” (Yunanıstan), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Larnaka, Kipr), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HIK (Finlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradeç” (Çexiya), “Austria” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Nordsyelland” (Danimarka), “Tobol” (Qazaxıstan).
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu raundun oyunları iyulun 23-də və 30-da olacaq.






