Tomas Tuhel qarşıdakı Dünya Çempionatına görə narahatdır. İngiltərə yığmasının baş məşqçisi məskunlaşacaqları otelin yerindən razı deyil.
Futbolinfo.az Britaniya mətbuatına istinadla xəbər verir ki, alman mütəxəssis otelin səs-küylü məkanlara yaxın olmasından məyusdur. Lakin daha yaxşısını tapmaq mümkün olmadığından, o, problemi fərqli yolla həll etmək niyyətindədir.
Belə ki, Tuhel milli komandanın rəhbərliyindən bütün oyunçular üçün böyük qulaqcıqlar, xüsusi yastıqlar, yuxu maskaları və s. tədarük edilməsini istəyib.






