Joze Mourinyo “Real”a dönüşü ilə heyətdə bəzi dəyişikliklər istəyir. Bu həftə madridlilərin baş məşqçisi kimi təyinatının açıqlanması gözlənilən portuqaliyalı mütəxəssisin hədəfləri var.
Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcının ilk transfer hədəfi Alessandro Bastonidir. Uzun müddətdir “Barselona”nın “İnter”dən almağa çalışdığı müdafiəçi İspaniyada başqa ünvanda görünə bilər. “Real” rəhbərliyi artıq oyunçunun transferinin detalları ilə maraqlanmağa başlayıb.
Mourinyonun İspaniya paytaxtına dönüşü Rodrinin də taleyinə təsir göstərəcək. “Real” “Mançester Siti”nin yarımmüdafiəçisini vətənə qaytarmağa çalışır. Amma onunla bağlı yekun qərarı Mourinyo verəcək.






