“Kəpəz”in futbolçusu Raul İsaqov Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Futbolinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hücumçu XXXII turun “Araz-Naxçıvan”la səfər qarşılaşmasında şans qazanıb. O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul İsaqov qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Kəpəz” səfər matçında 0:2 hesabı ilə uduzub.






