Lamin Yamal yayda keçiriləcək dünya çempionatının startını buraxacaq.
“Barselona”nın heyətində zədə alan cinah hücumçusu mundiala qədər tam hazır olmayacaq. O, iyunun 15-də, ilk turda Kabo-Verde ilə matçda meydana çıxa bilməyəcək.
İspaniya yığması dünya çempionatında Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq. Mundial iyunun 11-də start götürəcək.






