“Arsenal” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır. Bu barədə “Mundo Deportivo” məlumat verib.
Mənbənin məlumatına görə, londonlular 26 yaşlı serbiyalı futbolçunu pulsuz transfer edə bilərlər. Belə ki, onun İtaliya klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatır.
“Arsenal”dan başqa, “Atletiko”, “Milan” və “Bayern” də oyunçunun keçidini nəzərdən keçirir.
Vlahoviç bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 22 oyunda iştirak edib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 35 milyon avro qiymətləndirir.






