MBA-da konfrans finallarına start verilib. İlk oyun Qərbdə keçirilib.
“Oklahoma Siti Tanders” – “San Antonio Spörs” oyunu 2 overtayma qədər davam edib. Görüş qonaqların 122:115 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Aleks Karuzo 31 xal toplayıb. Aleksander isə oyunu 24 xalla tamamlayıb. Qonaq komandanın ulduzu Viktor Vembanyama 41 xal və 24 ribaundla oyunun qəhrəmanı olub.
Komandalar arasında növbəti oyun mayın 21-də keçiriləcək.






