“Napoli” komandasında məşqçi dəyişiklikləri gözlənilir. Klub və hazırkı baş məşqçi Antonio Kontenin qarşılıqlı razılaşma əsasında ayrılacağı ehtimalı yüksəkdir.

Mauritsio Sarri onun yerinə əsas namizəd kimi nəzərdən keçirilir. Tanınmış jurnalist Canluka Di Marzionun sözlərinə görə, ilkin danışıqlar artıq baş tutub və klub rəhbərliyi onun Neapola qayıdışına nikbin baxır.

Antonio Konte özü də ayrılacağı təqdirdə İtaliya millisinə baş məşqçi təyin edilə bilər.

“Atalanta” klubu da Sarri ilə maraqlanır. Sarri ilə razılaşma olmasa, “Napoli” Vinçenzo İtalyano, Massimiliano Alleqri və Fabio Qrosso variantlarını nəzərdən keçirir.

Shares: