Kristian Horner BYD-nin Formula 1 layihəsinə rəhbərlik edə bilər.
“Planet F1” “Red Bull”un keçmiş rəhbərinin Kann Film Festivalında Çin istehsalçısının qonağı olduğunu yazıb. Funksioner Formula 1-də iştirak etməkdə maraqlı olduğunu bildirən BYD-nin vitse-prezidenti Stella Li ilə bir neçə görüş keçirib.
Bir müddət əvvəl BYD-nin özəl kapital şirkəti “Otro Capital”a məxsus “Alpin” komandasının 24%-lik payını əldə edə biləcəyi bildirilirdi. Lakin indi istehsalçının bir komandada pay almaq üçün deyil, yeni, tam hüquqlu Formula 1 komandası yaratmaq üçün çalışdığı qeyd olunur.






