Avropa Liqasında mövsümün rəmzi komandası açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, rəmzi heyətdə turnirin qalibi olan İngiltərə təmsilçisi “Aston Villa”nın dörd futbolçusu yer alıb.

Finalda 0:3 hesabı ilə məğlub olan Almaniya “Frayburq”u isə rəmzi komandaya iki oyunçu ilə təmsil olunur.

Avroliqada mövsümün rəmzi heyəti aşağıdakı kimidir:

Qapıçı: Emiliano Martines (“Aston Villa”);

Müdafiəçilər: Viktor Qomes (“Braqa”), Mattias Qinter (“Frayburq”), Morato (“Nottingem Forest”), Oskar Minqesa (“Selta”);

Yarımmüdafiəçilər: Con Makqinn (“Aston Villa”), Maksimilian Eqqeştayn (“Frayburq”), Morqan Rocers (“Aston Villa”);

Hücumçular: Antoni (“Betis”), Emiliano Buendia (“Aston Villa”), İqor Jezus (“Nottingem Forest”)

Shares: