“Qarabağ” daha bir yeni transferini açıqlamağa hazırlaşır. Klubun sosial şəbəkə hesablarında anonsu verilən keçidin səbəbkarı olan oyunçu artıq Bakıdadır.
Futbolinfo.az Kipr mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı Qambiya əsilli isveçli hücumçu Zakaria Savo Azərbaycana gəlib. Hücumçu tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.
Savo son 5 ayda Kiprin AEL klubunda 22 oyuna 10 qol vurub. O, müqavilə ilə “Yurqorden”ə (İsveç) məxsusdur.
Zakaria karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında da oynayıb.
Xatırladaq ki, “Qarabağ” mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb. Bu oyunçu da Kiprdən (Omoniya) gəlmişdi.






