“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı şeytanlar”ın kapitanı cari mövsümdə 34 oyunda meydana çıxaraq, 8 qol vurub və 20 məhsuldar ötürmə verib. Bununla da, portuqaliyalı yarımmüdafiəçi Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə rekordunu təkrarlayıb.

Fernandesin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun komandası mövsümün bitməsinə bir tur qalmış turnir cədvəlində 68 xalla 3-cü yeri təmin edib. Komandanın artıq nə yuxarı qalxma, nə də aşağı pilləyə düşmə ehtimalı var.

“Qırmızı şeytanlar” sabah Premyer Liqanın son turunda səfərdə “Brayton”la qarşılaşacaq.

Shares: