“Real” 2025/26 mövsümünün yekunlarına əsasən komandanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu mükafata “kral klubu”nun fransalı hücumçusu Kilian Mbappe layiq görülüb.
Ulduz forvard ardıcıl ikinci mövsümdür ki, bu mükafata sahib çıxır.
Xatırladaq ki, Mbappe 25 qol vuraraq La Liqanın bombardiri olub. O, həmçinin Çempionlar Liqasının cari mövsümünün bombardirləri siyahısında da 15 qolla zirvədə qərarlaşıb.






