Bu gün Misli Premyer Liqasının növbəti mövsümündə iştirak edəcək komandaların tam siyahısı dəqiqləşəcək. Son komandanın adına Sumqayıtda aydınlıq gələcək.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada 11-ci yeri tutan “Qəbələ” elitaya iddia edən “Mingəçevir”lə üz-üzə gələcək. I Lqanın ikincisi arzusuna çatmaq üçün özündən güclü rəqibi məğlub etməlidir. Mövsümün son oyununda “Səbal”i darmadağın edən mingəçevirlilər “Şəfa”dan sonrakı mövqedə qərarlaşmış və bu hüququ əldə etmişdilər.
“SOCAR Polymer Arena”da 18:30-da start götürəcək matçı FIFA referisi Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və ehtiyat hakim İnqilab Məmmədov yardım göstərəcək. VAR hakimi Rəvan Həmzəzadə, AVAR hakimi Teymur Teymurov olacaq. Oyunun hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi Elçin Mehtiyevdir.





