“Roma” cari mövsümün sonuna qədər “Aston Villa”dan icarəyə götürdüyü niderlandlı mərkəz hücumçusu Doniell Maleni tamhüquqlu əsasda satın alıb.

Futbolinfo.az xəbər verir ki, Malen 2030-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “canavarlar”ın qulluğunda olacaq.

Bildirilir ki, keçid “Roma”ya 25 milyon avro müqabilində başa gəlib.

Xatırladaq ki, İtaliya klubu bu ilin yanvarında futbolçunun yarım mövsümlük icarəsi üçün də 2 milyon avro ödəmişdi.

Shares: