Məşhur ispan basketbol mütəxəssisi Xavyer Paskual cari mövsümdən sonra “Barselona” klubunun baş məşqçisi vəzifəsindən istefa verəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Barselona” klubu Xavyerə son bir neçə ay ərzində gördüyü işlərə görə təşəkkür edir və gələcəkdə ona uğurlar arzulayır”, – deyə mətbuat açıqlamasında bildirilir.
Xatırladaq ki, Xavyer Paskual “Zenit” Sankt-Peterburq komandasının məşqçisi kimi VTB Birləşmiş Liqasının titulunu (2021/2022 mövsümü) qazanıb və həmçinin iki dəfə liqada “İlin məşqçisi” seçilib (2021 və 2025). İspan məşqçi “Barselona” klubuna 2025-ci ilin noyabr ayında Rusiyadan gəlib.
Qeyd edək ki, tanınmış məşqçinin “Dubay” klubu ilə danışıqlar apardığı barədə məlumatlar yayılıb.





