Milli komandamızın müdafiəçisi Zamiq Əliyev Albaniya çempionu olub. Onun formasını geydiyi “Eqnatiya” sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.

Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü mövsüm çempion olur. Zamiq onlardan son ikisində komandada olub.

Shares: