Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” və “Turan Tovuz”un II təsnifat mərhələsindəki 29 potensial rəqibi məlumdur.

Futbolinfo.az saytı xəbər verir ki, Tovuz təmsilçisi yarışa II raunddan başlayacaqsa, “Neftçi” bunun üçün ilk mərhələni keçməlidir.

Hər iki komandamız bu təsnifatın püşkatması zamanı səpələnməmişlər səbətində yer alacaq. “Neftçi” 6.500, “Turan Tovuz” isə 4.587 əmsala malikdir.

Mümkün rəqiblər arasında “Sportinq”, “Ayaks”, “Panatinaikos” kimi Avropanın ortabab klubları da var.

“Turan Tovuz” və “Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri bunlardır: “Sportinq” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen”, “Nordsyelland” (hər ikisi Danimarka), “Rapid”, “Austriya” (hər ikisi Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), “Styaua”, “ÇFR Kluj” (hər ikisi Rumıniya), “Rakuv”, “GKS Katovitse” (hər ikisi Polşa), “Partizan” (Serbiya), “Luqano”, “Sion” (hər ikisi İsveçrə), AEK, “Apollon” (hər ikisi Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), HİK (Finlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Noah” (Ermənistan), “Spartak” (Slovakiya), “Xradeç (Çexiya), “Vaduts” (Lixtenşteyn), “Tobol” (Qazaxıstan), “Hibernian” (Şotlandiya), “HB Torşavn” (Farer adaları).

Shares: