DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib. Görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də olub. Ehtiyatda yer alan 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana daxil olub.

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətinə salınıb.

Shares: