Rusiyanın ən böyük idman nəşri olan “Sport-Ekspress” qəzeti ölkədə 21-ci əsrin ən yaxşı məşqçisi adı uğrunda keçirilən səsvermənin nəticələrini açıqlayıb.
Sorğuda aparıcı media qurumlarının jurnalistləri, habelə “Matç TV” və “Okko”dan olan şərhçilər də daxil olmaqla 50 nəfər iştirak edib.
Seçicilərdən ən yaxşı 10 nəfərin adını çəkmələri istənilib. Məşqçilərin 1 yanvar 2001-ci il tarixinə qədərki nailiyyətləri nəzərə alınmır. SSRİ-də anadan olan məşqçilərdən fərqli olaraq, xarici mütəxəssislərə səs vermək qadağan edilib. Bu səbəbdən də rusiyalı sayılmayan Kurban Berdiyev və ya Viktor Qonçarenkoya səs vermək mümkün olub.
Maraqlıdır ki, ilk üçlükdə olan baş məşqçilərin ikisi Azərbaycanda da işləyib. Birinci yeri “Lokomotiv”də üç dəfə Rusiya çempionu və altı dəfə kuboku qazanan Yuri Syomin tutub.
İkinci yerdə Valeri Qazzayev qərarlaşıb (üç çempionluq, dörd ölkə Kuboku və ÇSKA ilə UEFA Kuboku).
“Rubin”lə ikiqat Rusiya çempionu və “Rostov”la gümüş medal qazanan Kurban Berdiyev ilk üçlüyü tamamlayıb. “Turan-Tovuz”un hazırkı baş məşqçisini 6 nəfər birinci yerə qoyub.
İlk onluqda həmçinin Sergey Semak, Stanislav Çerçesov , Leonid Slutski , Oleq Romantsev , Murad Musayev , Valeri Karpin və Vladimir Fedotov yer alıb.






