Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, 80 kq-da Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.

İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.

Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Shares: