“Qəbələ”nin futbolçuları İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.
Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.






