Mark Kukurelya “Çelsi”dən ayrılmaq istəyir. İspan müdafiəçi London klubunda vəziyyətdən məmnun deyil və başqa komanda axtarışındadır.
Futbolinfo.az xəbər verir ki, cinah oyunçusu Avropada qalmaq niyyətindədir. O, daha çox vətənində olan nəhənglərdən birinə yollanmağa çalışır. “Barselona”, “Aletiko” və “Real” əsas müştərilərdir. Amma onlardan heç biri “Çelsi”nin tələb etdiyi 50 milyon avronu ödəmək istəmir.
27 yaşlı oyunçu daha çox yetirməsi olduğu “Barsa”ya can atır. Katalonlar 2019-cu ildə cəmi 2 milyon avroya satdığı müdafəçi üçün tələb olunan transfer haqqını həddindən çox sayır. “Çelsi” isə 2022-ci ildə “Brayton”dan 65 milyona aldığı oyunçu ilə bağlı güzəştə getmir. Oyunçunun daha iki illik müqaviləsi olduğu üçün londonlular ən yaxşı təklifi dəyərləndrəcək.






