Xviça Kvaratsxeliya Liqa 1-in ən dəyərli oyunçusuna çevrilib. Çempionlar Liqasında ardıcıl ikinci mövsüm qazanılan qələbədən sonra onun qiyməti daha da yüksəlib.

Futbolinfo.az xəbər verir ki, gürcü yarımmüdafiəçi hazırda Vitinya və Joau Neveşlə birlikdə ən bahalı oyunçular cədvəlində liderliyi bölüşür. Onların hər ikisinin dəyəri 130 milyon avrodur. O, iki il öncə “Napoli”dən 50 milyona alınmışdı.

Millimizin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu bu mövsüm həm də Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Shares: