Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.

Azərbaycan millisi qrupda növbəti görüşünü də eyni gündə Niderlanda qarşı keçirib. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv A qrupunun bu görüşündən məğlubiyyətlə ayrılıb – 13:19.

Shares: