Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
Futbolinfo.az xəbər verir ki, ilk olaraq üçüncü yeri tutan Serbiya və Macarıstan komandalarına bürünc medallar verilib.
Ardınca gümüş mükafatın sahibi Ukrayna seçməsi fəxri kürsüyə çıxıb.
Son olaraq Azərbaycan millisinin oyunçularına qızıl medallar və kubok təqdim edilib.
Tədbirdə Avropa Minifutbol Federasiyasının prezidenti Peter Kralik və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan millisi finalda Ukraynanı iki cavabsız qolla üstələyərək Avropa çempionu olub.






