Azərbaycan yığmasının qapıçısı Emil Balayev Malta ilə yoxlama oyunundan gözləntisini paylaşıb.

Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ayxan müəllim başda olmaqla məşqçi heyətinə təşəkkürümü bildirirəm. Uzun müddət idi zədələr səbəbindən millidən ayrı idim. Üç il sonra yenidən millidə olmaq məni həqiqətən çox sevindirir. Mənə etimat göstərildiyinə görə hər kəsə təşəkkürümü bildirirəm. Bizi qarşıda maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür buradayıq. Komandada əsl ailə atmosferi var. Sabah bunun nəticəsini görəcəyimizi düşünürəm”.

Əziz

Shares: