Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2023-cü ilin iyun ayından etibarən 165 rusiyalı velosipedçiyə neytral status verib. Bu barədə TASS agentliyi sərəncamında olan sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, eyni dövr ərzində 65 belaruslu idmançı da neytral status əldə edib. Neytral status rusiyalı və belaruslu idmançılara beynəlxalq yarışlarda ölkələrinin bayrağı və himni altında deyil, neytral idmançı qismində iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, UCI beynəlxalq idman qurumlarının qəbul etdiyi qərarlara uyğun olaraq son illərdə Rusiya və Belarus idmançıları ilə bağlı xüsusi qaydalar tətbiq edir.

Shares: