Türkiyə millisinin sabiq üzvü, son mövsümü “Kasımpaşa”da keçirən Cenk Tosun Azərbaycanda çıxış edə bilərmiş.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, o, “Sabah” və “Neftçi”yə təklif olunub. Lakin Bakı təmsilçiləri təcrübəli forvarddan imtina edib. Böyük ehtimalla buna səbəb Cenk Tosunun yüksək maaş istəməsidir.

Qeyd edək ki, 35 yaşlı Cenk ötən mövsüm “Fənərbağça”dan “Kasımpaşa”ya keçib. O, bu klubda keçirdiyi 11 oyunda 1 qol vurub.

Shares: