“Aston Villa” və “Tottenhem” Markus Reşfordun durumunu izləyir. İngiltərəli hücumçu qərarını verən kimi onunla bağlı rel addımlar atılacaq.
Futbolinfo.az xəbər verir ki, oyunçu “Mançester Yunayted”ə qayıtmayacaq. Dönüşü nə klub, nə də Reşford istəyir. İngiltərə klubu yetirməsini ötən mövsüm “Barselona”ya, daha öncə isə “Aston Villa”ya icarəyə göndərib. İki illik müqaviləsi qalmasına baxmayaraq, onun kluba qayıdışını istəmirlər.
Reşford özü isə “Barselona”da qalmağa can atır. Amma İspaniya nəhəngi onun üçün tələb olunan 40 milyon avronu ödəmək istəmir. Danışıqlar fayda verməsə, Markus Kataloniyadan ayrılmalı olacaq. “Aston Villa” və “Tottenhem” də bunu gözləyir. Onlar hücumçu üçün mançesterlilərə real təklif göndərmək niyyətindədir.






