Misli Premyer Liqasına vəsiqə qazanan “Şəfa” növbəti transferini reallaşdırıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi “Kəpəz”in qapıçısı Məmməd Hüseynovla müqavilə bağlayıb.

Baş məşqçi Zaur Həşimovun “Sabah”dan ayrılan Nicat Mehbalıyevdən sonra 27 yaşlı qolkiperin də transferini istəyib. “Şəfa”nın yaxın günlərdə bu keçidi rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, “Şəfa” 2025/2026 mövsümündə I Liqanın çempionu olaraq Misli Premyer Liqasına yüksəlib.

Shares: