Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Şura üzvü, Lixtenşteyn təmsilçisi Alexander Ospelt təşkilatın yeni prezidenti seçilib.

Seçkilər Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən FIS Konqresində baş tutub. Ospelt prezident postu uğrunda mübarizədə təşkilatın indiyədək rəhbəri olmuş isveçli iş adamı Yohan Eliaş ilə rəqabət aparıb. Səsvermənin nəticələrinə əsasən, Ospelt rəqibini cəmi bir səs fərqi ilə üstələyib. Belə ki, onun lehinə 65 nümayəndə səs verib, Eliaş isə 64 səs toplayıb.

Qeyd edək ki, Yohan Eliaş 2021-ci ildən etibarən FIS-ə rəhbərlik edirdi.

Shares: